PUTİN BAKIDA HƏRBİ ÇEVRİLİŞƏ HAZIRLAŞIR - Şok iddia
Rusiya hər seçkidə Azərbaycanı, onun iqtidarını hədələməkdən, rəsmi Bakı ətrafında gərginlik yaratmaq kursundan birdəfəlik imtina etməyib. Bunun üçün də davamlı təzyiq rıçaqları yaradır. Bu barədə "Yeni Müsavat" qəzetində dərc olunan yazıda bildirilir. Yazıda daha sonra sensasion iddia irəli sürülərək, Putinin Bakıda hərbi çevrilişə hazırlaşdığı istisna olunmur:
"Yeni elan olunan “Avrasiya hərəkatı” ilə “Milyarderlər İttifaqı”nın ssenarisi eyni mərkəzdə - Moskvada yazılsa da, aralarındakı fərq ciddidir. RATİ daha çox ictimai-siyasi proseslərə təsir etməklə Azərbaycanı Rusiyanın təsir dairəsinə qaytarmağa can atırdısa, “Avrasiya hərəkatı” adı altında yaradılan yeni təşkilatın hərbi-siyasi üsullarla buna nail olmağa çalışacağını istisna etmək mümkün deyil. “Milyarderlər İttifaqı”nın rəhbərləri biznes adamları idisə, “Avrasiya hərəkatı” adı altında yaradılan yeni təşkilatın rəhbərləri Rusiya güc strukturlarında çalışmış, birbaşa Rusiya hərbi-siyasi hakimiyyətinə bağlı şəxslərdir. Parlament seçkiləri ərəfəsində, eyni zamanda, Rusiyanın Azərbaycanı Avrasiya İttifaqına qoşmaq üçün böyük səylər göstərdiyi zamanda adları Rusiya kəşfiyyatına, hərbi dairələrinə bağlı olan şəxslərin təşəbbüs qrupu yaratması təsadüfi deyil.
Belə bir imkan isə 25 illik xidmətdən sonra verilir. N.İmranov Azərbaycana xidmətinin bitməsinə 6 ay qalmış qayıdıb, üstəlik istefa verməklə, özünü təqaüddən məhrum etməklə. Ölkədə siyasi gərginliyin olduğu bir vaxtda N.İmranovun dönüşü haqda o dövrün siyasi hakimiyyəti, AXC iqtidarı da məlumatlı olub. Bu dönüşün heç də yaxşı nəticələr verməyəcəyini təxmin etsələr də, lazımi addım atmağa tələsməyiblər. Hakimiyyətdəkilər qərar qəbul etməyə tələsmədikləri bir vaxtda N.İmranov gözlənilənlərin əksinə olaraq Gəncəyə yollanıb.
1993-cü ilin yayında AXC hakimiyyətinin süqutundan sonra, iyulun 3-də Nəriman İmranov milli təhlükəsizlik naziri vəzifəsinə təyin edilib. 1994-cü ilin may ayının 15-də ona general-mayor rütbəsi verilib.
1994-cü il oktyabr ayının 15-də N.İmranov bir qrup şəxsin MTN-in təcridxanasından qaçırılmasının təşkilində iştirakda, vətənə xəyanətdə təqsirləndirilərək həbs olunub və ömürlük azadlıqdan məhrum edilib. 2002-ci ildə prezident Heydər Əliyev N.İmranovu əfv edib və o, azad olunandan sonra Rusiyaya yollanıb. Bu illər ərzində N.İmranovun adı gündəmə 4 iyun qiyamı ilə bağlı xatirələrdə gətirilirdi. N.İmranov isə Rusiyada oturub susmağa üstünlük verirdi.
Onun yenidən siyasi səhnəyə qayıtmasını öz saatını, vaxtını gözləməsi kimi də dəyərləndirmək olar. Vaxtilə Abbas Abbasovun kuratoru olmuş N.İmranovun bu gün də Surət Hüseynovla əlaqələrinin olması haqda məlumatlar var. Maraqlıdır ki, N.İmranovun yaratdığı təşkilatda sabiq müdafiə naziri Rəhim Qazıyevlə yanaşı Surət Hüseynovun da adı hallanıb. R.Qazıyev təşkilata hər hansı bir formada bağlılığının olmadığını bəyan etsə də, S.Hüseynov hələ də susur. Susmaq isə həmişə razılıq əlaməti kimi qəbul olunur...
Nəriman İmranovun gözlənilmədən ictimai-siyasi fəaliyyətə başlaması yeni və daha təcrübəli kadrların Azərbaycan uğrunda mübarizəyə qoşulması kimi də qiymətləndirilir. Görünən odur ki, Rusiya siyasi dairələri Azərbaycanı öz nüfuz dairəsinə qaytarmaq üçün yeni oyuna başlayıblar. Komandanın başçıları ortadadır, onların ətrafına toplaşacaq üzvlərinin meydana çıxmasına da elə də çox vaxt qalmayıb.
Sonda bir məsələni də xatırladaq. Ötən ay Abbas Abbasov “Milyarderlər İttifaqı” kimi tanınan Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqı (RATİ) adlı təşkilatın rəsmən buraxıldığını elan etdi. Mətbuat bunu Moskvanın Azərbaycan hakimiyyəti ilə anlaşması, ölkəmizi özünün nəzarətindəki agentlər vasitəsi ilə qarışdırmaqdan imtina kursu kimi təqdim etdi. Lakin görünür, Kreml Azərbaycan hakimiyyətini gərginlikdə saxlamaqda maraqlıdır. Rusiya daha “çox basqı, daha çox güzəşt” taktikasına bu dəfə hərbçiləri də qatıb. Abbas Abbasovun da bu hərəkatda yaxından iştirak edəcəyi, əsas fiqurlardan olacağı indidən istisna edilmir.".
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.