Nardaranda dəhşətli qəza: 4 maşın toqquşdu, 4 nəfər öldü

Bakının Bilgəh-Nardaran yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, qəza zamanı 4 maşın toqquşub. Umudov Fəqan Haqverdi oğlunun idarə etdiyi "Land Rover" markalı 90-KX-010 dövlət nömrə nişanlı avtomobil yüksək sürətlə hərəkət etdiyindən idarəetməni itirərək, Hüseynov Ağababa Baba oğlunun sükan arxasında olduğunu "Zaporojets" , Mövsümov Vahidin idarə etdiyi “Daeowo” və Qasımov İsgəndər Zabir oğlu idarə etdiyi  "Lexus" markalı avtomobillərlə toqquşub.

 Zərbənin təsirindən "Zaporojets" markalı avtomobil alışıb. Ətrafdakıların köməyi ilə maşında olan 3 ağır yaralı sərnişin avtomobildən çıxarılıb. Onlar xəstəxanaya aparılarkən yolda keçiniblər. Yanan maşından sürücü Hüseynov Ağababa Baba oğlunu çıxarmaq mümkün olmadığına əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları gəlib. Ağababa Hüseynov yanan avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, qəza zamanı digər avtomobillər yararsız vəziyyətə düşsə də, xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar