Əhali bir ayda 79 mln faiz ödəyir

Bu ilin birinci yarısında Azərbaycan əhalisi tərəfindən kreditlər üzrə faizlərin ödənilməsinə 475 milyon manat sərf edilib.Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ilin yanvar-iyun aylarında ölkə əhalisinin nominal gəlirləri 19,8 milyard manata çatmış və gəlirlərin 2,4 faizi və ya 475,2 milyon manatı kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmişdir.

2014-cü ilin yanvar-iyun aylarında 17,8 milyard manatlıq gəlirin 2,6 faizi və ya 462,8 milyon manatı kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmişdi.

2015-ci ilin yanvar-iyun aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,2 faiz artaraq 19,8 milyard manata çatmış, onun hər nəfərə düşən həcmi orta hesabla 2087,2 manat təşkil edərək 4,9 faiz artmışdır.

Bu dövr ərzində gəlirlərin 74,2 faizi son istehlak xərclərinə, 9,4 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,4 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 14 faizi isə yığıma yönəldilmişdir. Əhalinin sərəncamda qalan gəlirləri 18 milyard manat təşkil etmiş və əvvəlki ilin eyni dövründəkindən 6,2 faiz çox olmuşdur.

Müqayisə üçün əlavə edək ki, 2014-cü ilin yanvar-iyun aylarında 17,8 milyard manat gəlirlərin 70,2 faizi son istehlak xərclərinə, 9,2 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 18 faizi isə yığıma yönəldilmişdi. Göründüyü kimi, ötən illə müqayisədə bu il istehlak yönəldilən xərclər 4% artmış, yığıma yönəldilən vəsaitlər isə bir o qədər azalmışdır. (Marja)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar