Azərbaycanda 20 minə yaxın əmlak girov qoyulub

Bu ilin ilk 6 ayında Azərbaycanda bank əməliyyatları məqsədilə 19 534 daşınmaz əmlak girov qoyulub. Bu barədə Fins.az-a Əmlak Məsələləri Dövlət Komitəsinən bildirilib. Məlumata görə, ən çox girov qoyulan əmlak mənzillərdir. İlk 6 ayda girov qoyulan mənzillərin sayı 9538 olub. Bu dövrdə 5964 fərdi ev, eləcə də 1956 torpaq sahəsi ipotekaya qoyulub.

Girov qoyulan əmlakların təqribən yarısı 9230-u Bakı şəhərində yerləşir. Daşınmaz əmlakın aktiv surətdə girov qoyulduğu ərazilərə Sumqayıt, Gəncə və Abşeron rayonları da aiddir.

Ötən ilin eyni dövrü ilə müqayisədə girov qoyulan torpaq sahələrinin sayının artması müşahidə edilir ki, bu da kənd təsərrüfatı sahəsində çalışan iş adamlarının biznes əməliyyatlarına getdikcə daha aktiv cəlb edilməsi ilə əlaqədardır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar