Latviya sərhəd sularında Rusiya gəmisi!

Xarici KİV-in yaydığı məlumata görə, Latviyanın silahlı qüvvələri ölkənin istisnasız iqtisadi zonasında - sərhəd yaxınlığında Rusiya harbi-dəniz donanmasına məxsus gəmi qeydə alıb. Bu barədə hərbi idarənin «Twitter»-dəki mikrobloqunda məlumat verilir:

«Silahlı qüvvələr avqustun 2-də Latviyanın ərazi sularınadan 5 dəniz mili məsafəsində «Viktor Konetski» gəmisini qeydə alıb. Gəmi Rusiya hərbi-dəniz donanmasına məxsus minadüzən «Aleksandr Obuxov» gəmisini buksir edirmiş» - deyə, məlumatda qeyd olunur (Rosbalt).

İyulun sonlarında Latviya silahlı qüvvələri ölkə sərhədləri yaxınlığında Rusiya hərbi təyyarə və gəmilərinin aşkar olunduğu barədə də xəbər yayıb. Xəbər verilir ki, ölkənin patul təyyarələri Baltik dənizinin neytral suları üzərində Rusiya hərbi-hava qüvvələrinə məxsus iki An-124 və bir İl-76 təyyarəsini qeydə alıblar. Bundan başqa, Latviyanın istisnasız iqtisadi zonasında Rusiyanın «Merkuri» gəmisi də qeydə alınıb.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar