Avqustda qısa müddətli sel ola bilər

yagis“Avqust ayında ölkənin bəzi yerlərində aylıq yağıntının miqdarı iqlim normasından bir qədər çox olması proqnozlaşdırılır. Buna görə də avqustun ayrı-ayrı günlərində yağacaq yağışlarla əlaqədar qısa müddətli sel istisna olunmur”.

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlə Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib. O bildirib ki, sel hadisəsi lokal leysan yağışları nəticəsində əmələ gələ bilər.

A.Verdiyev qeyd edib ki, indidən hansı çaylarda daşqın və ya selin olacağını söyləmək mümkün deyil: “Əlbəttə ki, belə bir təhlükə olsa, bu barədə əhaliyə xəbərdarlıq olunacaq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar