Tanınmış yazıçıdan Rauf Arifoğluna ittihamlar - "Orden alırsan, pul alırsan..."

Tanınmış yazıçı-publisist Əlisa Nicat “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunu tənqid edib. O, "Hürriyyət" qəzetində dərc edilən yazısında Rauf Arifoğlunu düşərgəsini dəyişməkdə, köhnə silhadaşlarına xəyanətdə ittiham edib. Həmin yazını təqdim edirik:

"Heç vaxt görüşməsək də, çoxdan tanıdığım və bir-birimizə rəğbət hiss etdiyim “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, orden alandan sonra iddia edir ki, ona gələn təbriklərin sayı minlərlədir.

Əlbəttə, yumşaq desək, inandırıcı deyil. Bəli, təbriklər gələr, amma kimlərdən? O kəslərdən ki, onların təbrikləri təhqir hesab olunmalıdır. Bu heç...

Maraqlısı orasıdır ki, Raufun orden taxıldıqdan sonra “Prezidentlə dostluq əlaqələrimiz başlayır” - sözlərinə cavab olaraq, İlham Əliyevin – “Təmənnalı dostluq?” atmacasına Rauf heç nə demədən, hədsiz acı bir həb kimi uddu.

Udmasa neyləyə bilərdi ki?

Beləliklə, müxalifətin ən möhkəm nümayəndələrindən biri öz 30 illik səngərindən çıxıb, qarşı tərəfin səngərinə keçərək, dünənki silahdaşlarına atəş açmağa başladı.

İndi ən çətin və ən ağır vəziyyət isə “Yeni Müsavat”ın iki istedadlı və sarsılmaz, əqidəli əməkdaşının vəziyyətidir. Başqa heç yerdən gəlirləri olmayan bu ailəli adamlar neyləyəcəklərini bilmirlər. Axı ya Raufun dalınca gedib, onun hərəkətlərini təkrar etməli, ya da çıxıb harasa getməlidirlər. Getməyə isə yer yoxdur. Ailə də hər gün yemək istəyir.

Raufun bu dəyişikliyi sözsüz ki, “Yeni Müsavat” qəzetinin alıcılarını da qəzetdən uzaqlaşdıracaq. Axı, bundan sonra qəzetdə nə yaza biləcəklər? O şeyləri ki, onları “Azərbaycan”, “Yeni Azərbaycan”, “Respublika” və başqa onlarla qəzetlər daha açıq və aydın yazırlar.

Əvvəlki kimi yazılar dərc etmək isə təhlükəli və gülməli olar. Orden alırsan, pul alırsan sonra da tənqid edib pisləyirsən?"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar