Azərbaycan Dövlət Neft Fondu iyulda 185 milyon dollar itirib

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri bu ilin iyul ayı ərzində təxminən 185 mln. ABŞ dolları dəyərində dəyərdən düşüb.

Qeyd edək ki, iyulun 1-nə Fondun ehtiyatları 35 726,2 mln. dollar ekvivalentində olub.

"Report"un analitik qrupu xəbər verir ki, hesabat ayında ARDNF-nin avroda olan aktivləri məzənnə dəyişikliyindən (dollar ekvivalentində) 68 mln. dollar azalıb.

Bundan başqa, analoji səbəbdən Avstraliya dollarına yatırılan investisiyalar 12 mln. dollar, Türkiyə lirəsinə - 1,5 mln. dollar, Rusiya rubluna - 54 mln. dollar, Koreya vonuna investisiyalar isə 17,5 mln. dollar dəyərində zərər yetirib.

Eyni zamanda, Fondun qızıla yatırdığı sərmayələr iyul ayı nəticəsində dünya bazarında müşahidə olunan ucuzlaşma səbəbindən 86 mln. dollar dəyərdən düşüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar