Ölkədən qaçıdığı deyilən rektorla bağlı rəsmi açıqlama

Təhsil Nazirliyi Gəncədə yerləşən Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanov haqqında yayılan xəbərlərə münasibət bildirib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Texnologiya Universitetinin rektoru A. Süleymanov xəstəliyi ilə əlaqədar məzuniyyət götürüb.

Nazirlikdən onu da bildiriblər ki, rektor A. Süleymanov cari ilin avqust ayının 6-da əmək fəaliyyətinə başlayacaq.

Qeyd edək ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 2015-ci ilin birinci yarısında aparılmış maliyyə nəzarəti tədbirlərinin nəticələri barədə iyulun 24-də yaydığı məlumatda bildirib ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən risklərin qiymətləndirilməsinin nəticələrinə əsasən tərtib olunmuş iş planına uyğun olaraq 2015-ci ilin birinci yarısında Azərbaycan Texnologiya Universitetinə dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi işləri yoxlanılıb. Azərbaycan Texnologiya Universitetində aşkar olunmuş nöqsanların ciddiliyi nəzərə alınaraq həmin nəzarət obyektləri üzrə yoxlama materialları hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Mətbuatda yayılan xəbərlərdə universitetin tələbələri iddia edirlər ki, onların adına saxta təqaüd kartları açılıb və bu işin üstü açılandan sonra rektor A. Süleymanov ölkədən qaçıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar