Yaponiyada isti hava 40 nəfərin ölümünə səbəb olub

hava-isti-gunÖtən həftə Yaponiyada isti hava şəraiti 6 nəfərin ölümünə səbəb olub.APA-nın xəbərinə görə, iyun ayından indiyədək təxminən 40 yapon vətəndaşı günvurma nəticəsində dünyasını dəyişib.

NHK televiziya kanalının məlumatına görə, ötən həftəsonu 3 min vətəndaş müvafiq şikayətlərlə xəstəxanalara yerləşdirilib. 18 nəfər isə halsız vəziyyətdə tapılıb. Bildirilir ki, tibbi yardım üçün müraciətlər ən çox Tokio və Osaka şəhərlərindən daxil olur. Bir neçə uşaq da tibbi yardım üçün müraciət edib.

Yaponiyanın Yanğın və Fəlakətlərdən Mühafizə Agentliyindən verilən məlumatda isə təxminən 25 minə yaxın insan oxşar şikayətlərlə xəstəxanalara müraciət etdiyi qeyd olunur.

Uzun müddət davam edəcək isti hava şəraiti ilə əlaqədar olaraq yapon meteoroloqlar vətəndaşlara kondisionerlərdən istifadə etməyi, açıq havada az olmağı və maye qəbul etməyi məsləhət görüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar