Boris Nemtsovun qatili, Kadırovun adamı Rusiyadan necə qaçıb?

Boris Nemtsovun qətli ilə bağlı federal axtarışa verilən “Şimal” çeçen batalyonun döyüşçüsü Ruslan Geremeyev Çeçenistandan idmançılara qoşularaq qaçıb.Avropa.info xəbər verir ki, bu haqda “Novaya qazeta” yazır. Geremyevin artıq Rusiyada olmadığı haqda məlumat rus mətbuatında mart ayında peyda olmuşdu. “Rosbalt”ın iddiasına görə, o, BƏƏ-nin Abu-Dabi şəhərində yad familiya altında gizlənir.

Qəzet yazır ki, ölkədən qaçmaq üçün ona başqa adamın adına olan pasport verilib. Mənbənin bildirdiyinə görə, səfərdən öncə xarici görkəmini (saç düzümü, rəngi) xeyli dəyişdirib.

Geremeyevin mart ayında Dubay-2015 dünya atçılıq kubokuna gedən çeçen at idmanı yarışçılarının mehtəri adı altında Rusiyadan çıxdığı bildirilir. Yarışlarda Kadırovun iki şəxsi atı da iştirak edib. Kadırovun təmizqanlı ingilis atı Meandre səkkizinci yeri tutub. “Dubai World Cup” yarışında dördüncü yeri tutan Kendi Boy isə sahibinə 500 min dollar qazandırıb.

Atçılıq heyətinin tərkibində Geremeyevin qohumu kimi tanınan, Şelkovsk rayonunun polis rəisi Vaxa Germeyev də olub.

Qeyd edək ki, Dubayda 2009-cu ildə bənzər qətl cinayətinə görə, Kadırovun mehtəri, İran vətəndaşı Mehdi Lorniya həbs olunmuşdu. O, “Şimal” batalyonunun sabiq komandiri, Rusiyanın Milli Qəhrəmanı Sulim Yamadayevi qətlə yerilməsi ittihamına 25 il həbsə məhkum olunmuşdu. Lakin təkrar məhkəmə nəticəsində bu qərar 3 il həbs cəzası ilə əvəz olunmuşdu.

Geremeyevin qaçışını “Novaya qazeta”ya danışan mənbə ritorik sualla müraciət edib “Kadırovun Lorniya familiyalı “mehtər”i yadınızdadır?”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar