Hindistan strateji neft ehtiyatı yaradır

Xarici KİV-in yaydığı məlumata görə, Hindistan yaxın bir neçə ildə 18 milyon ton həcmində strateji neft ehtiyatı yaratmaq qərarına gəlib. Bu barədə Hindistanın maliyyə, korporasiya işləri, informasiya və teleradioyayım naziri Arun Ceytli bəyanat verib (Rosbalt).

Onun sözlərinə görə, birinci mərhələdə ölkənin cənub-şərqində yerləşən Vişakxapatnam şəhərindəki (Andxra-Pradeş ştatı) birinci anbar üçün 1,3 milyon ton neftin alınmasına 11,5 milyard rupi (200 milyon dollara yaxın) vəsait ayrılacaq (TASS).

Bundan sonra, güman ki, il ərzində Manqalor və Padur şəhərlərində daha iki anbar açılacaq. Həmin anbarlar üçün uyğun olaraq, 1,5 milyon və 2,5 milyon tonneft alınacaq. Anbarların tikintisi demək olar, başa çatıb. İkinci mərhələnin rellaşma müddəti hələlik dəqiqləşdirilir. Bu mərhələdə 12,5 milyon ton neft üçün Çandikxolda, Bikaneri və Racotda anbarlar yaradılacaq.

Xatırladaq ki, Hindistan neftə olan tələbatının 80,0 faizini idxal edir. Beynəlxalq enerji agentliyinin proqnozuna görə, 2020 ilə bu ölkə dünyanın ən böyük neft alıcısı olacaq. 2014-cü ildə Hindistan hər gün 3,86 milyon barrel neft idxal edib.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar