“Yenidən hakimiyyətə qayıdacağıq” - Sabiq baş nazir

Nikolay Azarov “Ukraynanın xilası Komitəsi”nin yaradıldığını bəyan edib

Ukraynanın sabiq baş naziri Nikolay Azarov “Ukraynanın xilası Komitəsi”nin yaradıldığını bəyan edib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, N. Azarov bildirib ki, komitənin yaradılmasında əsas məqsəd Ukraynanın hazırkı hakimiyyətini dəyişməkdir.

Onun sözlərinə görə, Komitə üzvləri Ukrayna prezidenti qismində yekdilliklə Ali Radanın beşinci, altıncı və yeddinci çağırışlarında deputat olmuş Vladimir Oleyniki seçiblər.

“Biz yenidən hakimiyyətə qayıdacağıq və Ukrayna xalqına kömək edəcəyik. Buna şübhəm yoxdur”, - deyə N. Azarov bildirib.

Xatirladaq ki, hazırda N. Azarov ölkə sərhədlərindən kənarda yaşayır. O, 2014-cü ildə Viktor Yanukoviçin devrilməsi ilə nəticələnən dövlət çevrilişindən sonra ölkəni tərk edib. Ukraynada keçmiş məmurlara qarşı cinayət işi qaldırılıb. N. Azarov hakimiyyətin devrilməsindən sonra yenidən ölkəyə qayıtmağa hazır olduğunu bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar