İran da Türkiyəyə qarşı çıxdı

"İran Bəhreynə heç bir silah ötürməsi həyata keçirmir."

Axar.az xəbər verir ki, bunu İran televiziyalarından birinə müsahibəsində İranın Xarici İşlər nazirinin müavini Hüseyn Əmirəbdollahiyan söyləyib. Onun sözlərinə görə, İranın Bəhreynə müdaxilə etmək fikri yoxdur: “Əgər İran Bəhreynə müdaxilə etmək istəsəydi, o zaman indi Bəhreyndə vəziyyət başqa cür olardı. Suriyaya gəlincə isə regional oyunçuların bu böhrana baxışında strateji dəyişiklik olub. Artıq oyunçuların böyük hissəsi bu böhranın siyasi yolla həllini ən münasib variant hesab edir. Bölgədə Türkiyənin təhlükəsizliyi İran üçün vacibdir. Lakin İran Türkiyənin öz qonşularına təcavüzünü dəstəkləmir”.

Xatırladaq ki, Türkiyə baş verən çoxsaylı terror hadisələrinə cavab olaraq iyulun 24-dən İŞİD və PKK-ya hava zərbələri endirir. Türkiyənin PKK-nı vurması bir sıra Avropa ölkələrini narazı salıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar