Neft kəskin ucuzlaşdı

Neft, İranın sürətli bir şəkildə istehsalı artıracağı xəbəri ilə son altı ayın ən aşağı səviyyəsinə düşüb.

Digər tərəfdən, OPEC üzvlərinin hasilatı artırması, buna qarşı dünyanın ən böyük ikinci neft alan ölkəsi olan Çin iqtisadiyyatının yavaşlaması da neftin aşağı düşməsinə təsir edir.

Bu gün Brent nefti 3,5% və ya 1.5 dollar aşağı düşərək bareli 50.40 dolları, Qərbi Texas növü xam nefti isə (WTI) 1.40 dollar ucuzlaşaraq 46.12 dolları görüb.

RUBLA NEFT ZƏRBƏSİ

Rusiyanın pul vahidi rubl, neftin qiymətinin aşağı düşməsi və gözləniləndən daha pis çıxan iqtisadi göstəricilər ilə əlaqədar olaraq sürətlə ucuzlaşır. Bu gün 1 ABŞ dolları 62,83 rubla qədər qalxıb. /"Marja"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar