Mərkəzi Bankın valyuta ehtiyatları yenidən “əriməyə” başladı - CƏDVƏL

images_milli bank mm31 İyul 2015-ci il tarixinə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 8 milyard 501.5 milyon dollar təşkil edib.

“Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 30 iyun 2015-ci il tarixi ilə müqayisədə 18,7 milyon dollar azdır. İyunun sonunda Mərkəzi Bankın valyuta ehtiyatları 8 milyard 520.2 milyon dollar idi.

Bu ilin Aprel ayının sonunda Mərkəzi Bankın valyuta ehtiyatları 8 milyard 387.9 milyon dollaradək düşmüş, May-İyun aylarında isə yenidən artmağa başlamışdı.

Qeyd edək ki, bu gün neftin qiyməti 50.85 dollaradək düşüb, rubl isə dollar qarşısında 63 rubla qədər ucuzlaşıb. Yenidən bu ilin Yanvar-Fevral aylarındakı riskli günlər başlayıb. Vəziyyətin getdikcə pisləşməsi devalvasiya ehtimallarını gücləndirir.

BİR İLDƏ 6,7 MİLYARD DOLLAR "ƏRİYİB"

Əlavə edək ki, Mərkəzi Bankın valyuta ehtiyatları 2014-cü ilin İyul ayında 15 milyard 193.4 milyon dollara qədər artmışdı. Son 1 ildə ehtiyatlar 6 milyard 691,9 milyon dollar və ya 44% azalıb.

Rəsmi valyuta ehtiyatları

Tarix mln. ABŞ 

dolları

31.07.2015 8501.5
30.06.2015 8520.2
29.05.2015 8430.8
30.04.2015 8387.9
31.03.2015 9472.1
28.02.2015 11004.4
31.01.2015 12680.8
31.12.2014 13758.3
30.11.2014 14996.3
31.10.2014 15033.6
30.09.2014 15042.4
31.08.2014 15190.9
31.07.2014 15193.4
30.06.2014 15163.2
31.05.2014 15091.3
30.04.2014 14871.1
31.03.2014 14715.7
28.02.2014 14444.8
31.01.2014 14219.3

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar