Dövriyyədə olan pul azalır

Azərbaycanda dövriyyədə olan nağd pul və kommersiya banklarının Mərkəzi Bankda “park” etdikləri vəsaitlər azalıb.

“Marja” Mərkəzi banka istinadən xəbər verir ki, 31 İyul 2015-ci il tarixinə pul bazası 7 milyard 467.5 milyon manat təşkil edib. Bu, İyun ayının sonu ilə müqayisədə 19,5 milyon manat azdır.

Pul bazası dedikdə - Pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.

Pul bazası 2014-cü ilin Avqust ayında 11 milyard 743.6 milyon manat idi.

Tarix mln. AZN
31.07.2015 7467.5
30.06.2015 7487.0
29.05.2015 7597.3
30.04.2015 7418.6
31.03.2015 8339.4
28.02.2015 9109.9
31.01.2015 10551.0
31.12.2014 11541.9
30.11.2014 11519.7
31.10.2014 11478.0
30.09.2014 11546.5
31.08.2014 11743.6
31.07.2014 11736.5
30.06.2014 11485.2
31.05.2014 11272.2
30.04.2014 11105.0
31.03.2014 11107.1
28.02.2014 11136.0
31.01.2014 11037.5

Pul bazası

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar