Azarovun oğlunun Sardiniyadakı mülkünə həbs qoyulub!

Ukrayna KİV-nin yaydığı xəbərə görə, Kiyev şəhəri, Peçersk rayon məhkəməsi ölkənin sabiq baş naziri Azarovun oğlu Aleksey Azarovun Sardiniya adasındakı (Sardiniya adası Korsika və Siciliya adaları arasında yerləşir, Aralıq dənizində İtaliya ərazisidir – red.) iki evinin üzərinə və «Avqust 2012 s.r.l.» şirkətinin bank hesablarına həbs qoyub.

Ukraynanın «Naşi qroşi» portalının məlumatına görə, keçmiş baş nazir Nikolay Azarovun oğlu barədə məhkəmə öncəsi araşdırmalar aparılır. O, qeyri-qanuni varlanmada şübhəli bilinir.

İstintaqın məlumatına görə, 2012-2014-cü illərdə Aleksey Azarov xalq deputatı olduğu dövrdə naməlum mənbələrdən 7,7 milyon avro, 500 min ABŞ dolları və 600 min isveçrə frankı alıb. Sonradan, həmin vəsaitlər İsveçrə, İtaliya və Lixtenşteyn banklarına yerləşdirilib.

Xəbərdə o da qeyd olunur ki, İtaliya polisi Azarovun aktivlərini hələ 2014-cü ilin payızında həbs edib.

Redaksiyadan: Xeyli maraqlıdır, indi böyük Azarov yenidən hakimiyyətə gəlmək illüziyası ilə yaşayır. Görünür, oğurlanmış dövlət pulları onun zövqünü yamanca oxşayıb!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar