"Xəzər Lənkəran"ın şikyətinə baxıldı

“Xəzər Lənkəran”ın FİFA-nın transfer qadağası ilə bağlı qərarından şikayətinə baxılıb.

Apasport.az saytının məlumatına görə, İdman Arbitraj Məhkəməsi (CAS) heyətinə futbolçu qatmasına qadağa qoyulan “ağ-yaşıllar”ın şikayəti dəyərləndirib.

CAS-ın qəbul etdiyi qərara əsasən, FİFA-nın cəzası avqustun 31-də başa çatır. Sentyabrın 1-dən sonra oyunçu transfer etmək hüququna malik olacaq “Xəzər Lənkəran” yalnız azad agent statusu daşıyan oyunçularla güclənə bilər.

Bu isə onunla bağlıdı ki, “transfer pəncərəsi” də avqustun 31-də bağlanacaq.

Cənubluların mövsümlərarası fasilədə heyətinə cəlb etdiyi azad agent statusu daşıyan futbolçular da məhz sentyabrın 1-dən sonra “ağ-yaşıl” forma geyə biləcək. Bu o deməkdi ki, yeni oyunçular yalnız ilk 3 turda komandalarına kömək edə bilməyəcək. Bu futbolçular Premyer Liqanın yeni mövsümünün IV turunda debüt etmək imkanı qazanacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar