“Obama mənə dedi ki..." - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kobaninin işğalı ilə bağlı ABŞ Prezidenti Barak Obama ilə aralarında olan danışığı mediaya açıqlayıb. Axar.az xəbər verir ki, Çin səfərindən İndoneziyaya yola düşərkən jurnalistlərin suallarını cavablandıran Ərdoğan Obamanın Kobani mövzusunda bədbin olduğunu bildirib:

Kobaninin işğalını heç vaxt arzulamamışıq. Buna görə Azad Suriya Ordusu (ASO) və peşmərgələrin Kobaniyə getməsinə şərait yaratdıq. Həmin dövrdə 200 min insana qucaq açdıq. Əməllərimiz ortadadır. Kobanidə İŞİD hücumu genişləndiyi vaxtlarda ABŞ Prezidenti Barak Obama ilə danışmışdım. O mənə “Kobani 2 günə işğal olunar” demişdi. Mən də ona 200 min qaçqını qarşıladığımızı, orada yalnız 3 min hərbçi olduğunu dedim. İnanırdım ki, ASO və peşmərgə terrorçuların qarşısını alacaq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar