İnsanovun vəkili Qənizadənin yalan danışdığını bəyan etdi

Toğrul Babayev: «Əli İnsanov dəfələrlə İctimai Komitənin üzvləriylə görüşüb, ağır şəraitdə saxlanıldığını, işgəncələr verildiyini onlara bildirib»

“Əli Insanov dəfələrlə Ictimai Komitənin üzvləriylə görüşüb, iradlarını bildirib. Hətta onlardan qabaq hüquq müdafiəçisi Elçin Behbudovla da görüşüb. Əli Insanovun saxlanma şəraiti ilə əlaqədar Elçin Behbudov Ədliyyə nazirliyinə məktub ünvanlayıb. Müraciətdə Əli Insanovun ağır şəraitdə saxlanılması, müalicəyə ehtiyacı olduğu qeyd edilib. Heç bir müraciətə reaksiya olmayıb”.

Bu sözləri “Azadlıq”a keçmiş səhiyyə naziri, hazırda həbsdə olan Əli Insanovun vəkili Toğrul Babayev Ictimai Komitənin koordinatoru, deputat Çingiz Qənizadənin “Saxlanma şəraiti və işgəncə faktı ilə bağlı Əli Insanov tərəfindən bizə heç bir zaman hər hansı bir şikayət edilməyib” fikrinə münasibət bildirərkən deyib.

Vəkilin sözlərinə görə, Çingiz Qənizadənin verdiyi açıqlama həqiqətə uyğun deyil: “Avropa Insan Haqları Məhkəməsi Əli Insanova işgəncə vermə faktını təsdiqləyib. Avropa Şurası Parlament Assambleyasının Əli Insanovun ağır şəraitdə saxlanması barədə qətnaməsi var. Həmin qətnamədə göstərilir ki, Əli Insanov istilik sistemi belə olmayan bir şəraitdə saxlanılır. Eyni zamanda müalicə olunmadığı, Ədliyyə nazirliyi tərəfindən müalicəyə göndərilmədiyi üçün Avropa Məhkəməsi Əli Insanov barəsində qabaqlayıcı tədbir görüb. Hökuməti məcbur edib ki, dərhal keçmiş nazir müalicəyə göndərilsin. Paritet əsaslarla - 3 nəfər bizim, 3 nəfər də hökumət tərəfindən həkim Əli Insanovu müayinə edib. O dövrdə Əli Insanovda 8 xəstəlik müəyyən olunmuşdu. Avropa Məhkəməsinin qərarına əsasən də 3 ay müddətinə stasionar qaydada müalicə olundu. Bunu özümüzdən demirik, sənədlər, sübutlar var. Işgəncəylə bağlı da Avropa Insan Haqları Məhkəməsinin qərarı var və Azərbaycanı cərimə edib”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar