Ukraynada yenə qan töküldü

Ötən gün Rusiya meyilli separatçılarla qarşıdurmada dörd Ukrayna əsgəri ölüb.ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna antiterror əməliyyatı qrupunun sözcüsü Andrey Lısenko açıqlama verib.

Lısenko bildirib ki, son 24 saat ərzində Luqansk və Donetsk regionundakı cəbhə xətlərində həmçinin on beş Ukrayna əsgəri yaralanıb.

Canlı qüvvələrin itkisi separatçılarla Ukrayna rəsmilərinin Minskdə ATƏT nümayəndələrinin iştirakı ilə yeni danışıqlara başladığı vaxta təsadüf edir. Fevralda atəşkəs olan olunsa da, müxtəlif zamanlarda pozulub, itkilər olub.

Andrey Lısenko

Rusiya prezidenti Vladimir Putinsə bu yaxınlarda mətbuat konfranslarının birində deyib ki, “Minskdə əldə edilmiş atəşkəs sazişinə tam əməl olunması Ukraynanın şərqində hərbi əməliyyatların dayandırılması üçün çox vacibdir”.

Ukrayna ordusu

2014-cü ilin aprelindən bəri Ukraynanın şərqində gedən döyüşlərdə 6500-dən çox adam ölüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar