Xəzəryanı ölkələrin Komandanlar Komitəsi yaradılacaq

Xəzəryanı ölkələr ilin sonunadək Hərbi-Dəniz Donanmaları və Hərbi-Dəniz Qüvvələrinin Komandanları Komitəsi təsis eləmək məsələsinə baxacaq. Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya HDD-nin baş komandanı, admiral Viktor Çirkov bildirib.

“Xəzər dənizinə çıxışı olan Rusiya, Azərbaycan, Qazaxıstan və başqa ölkələrin donanmaları arasında sıx əməkdaşlıq bu regionda dinc və qarşılıqlı faydalı dəniz fəaliyyətini daha da möhkəmləndirməyə, bir-birimizi daha yaxşı başa düşməyə imkan verəcək” – deyib admiral.

O, qurumun yaradılması yönündə işin Rusiyanın müdafiə naziri Sergey Şoyqunun qərarı əsasında aparıldığını xatırladıb. Artıq region ölkələrinin donanma komandanları Peterburqda Beynəlxalq Hərbi-Dəniz Salonun gedişində bu məqsədlə ilk işçi görüşü keçiriblə

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar