HACI İBRAHİMİN 450 MİLYONLUQ ETİRAFI və YALANLARI ... – “Bandotdel” macərası davam edən oliqarx 100 milyonları hara xərcləyib?

1431506766_haciDaxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin (“Bandotdel”) əməkdaşları oliqarx İbrahim Nehrəmlini yenə də saxlayaraq adıçəkilən idarəyə aparıblar. Hüquq-mühafizə orqanlarındakı mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, iş adamı Beynəlxalq Bankdan götürdüyü kreditləri ödəyə bilmədiyi üçün saxlanıb.

İş adamının özü isə “anspress”ə açıqlamasında idarəyə çağrıldığını, ancaq hələlik getmədiyini söyləyib: “Dünən mənim işçilərimdən bəzilərini şəxsi kredit borcları olduğu üçün Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsindən çağırmışdılar. Lakin bu onların şəxsi borclarıdır. Mənimlə heç bir əlaqəsi yoxdur. Ancaq mənə də dünən axşam saatlarında “Bandotdel”- dən zəng ediblər ki, sabah səhər saatlarında gəlin görüşək. Məndə bu gün görüşmək üçün idarəyə gedəcəm”.

Qeyd edək ki, “Avesta” konserninin prezidenti, fantastik və daha çox fırıldaq olduğu ehtimal edilən “Khazar İslands” ("Xəzər adaları")layihəsinin müəllifi olan İbrahim Nehrəmli Beynəlxalq Banka olan kredit borclarını ödəmədiyi üçün mayın 13-də də “Bandotdel” əməkdaşları tərəfindən saxlanmışdı. Ancaq İbrahim Nehrəmli bank qarşısındakı öhdəliklərini yerinə yetirməyi vəd edəndən sonra mayın 27-də sərbəst buraxılmışdı.

O zaman özü banka 57 milyon dollar olduğunu bildirmişdi. Ancaq müxtəlif mənbələrin məlumatında İbrahim Nehrəmlinin banklara olan borcu 850 milyon dollardan artıqdır. Bunun da böyük hissəsi Beynəlxalq Banka aiddir. Onun bu pulları "Xəzər adaları" layihəsini həyata keçirmək adı ilə alaraq, mənimsədiyi, müxtəlif istiqamətlərdə xərclədiyi bildirilir.

İbrahim Nehrəmlinin 100 milyonlarla krediti müxtəlif şəxslərin adına aldığı da verilən məlumatlar sırasındadır. Məlumata görə, yalnız Gəncə şəhər icra hakimiyyətinin keçmiş başçısı Eyvaz Babayevin direktoru olduğu “Həsən-96″ MMC-yə Beynəlxalq Bankın ”ABB Premyer Müştəri Xitməti” Filialı tərəfindən ayrılmış kreditin məbləği 50 milyon 776 min manatdan çoxdur. May ayının əvvələrində isə “Həsən-96″ MMC-nin banka borcu 70 milyon manata çatıb.

Hacı İbrahim Nehrəmlinin qaynı Ələsgər Nadirovun rəhbərlik etdiyi “Həsən-96″ Mənzil Tikinti Kooperativinin adına 25 milyon manatdan artıq kredit rəsmiləşdirilib. ”Həsən-96″ MMC və “Həsən-96″ MTK-nın adları Hacı İbrahim Nehrəmlinin kiçik oğlu Həsənin adını və təvəllüdünü bildirir.

Ancaq həm Eyvaz Babayevin, həm də qaynı Ələsgər Nadirovun adına rəsmiləşdirələn kreditlərin məbləği Hacı İbrahim Nehrəmlinin baldızı oğlu İlqar İbrahimovun rəhbərlik etdiyi şirkətlərin adına rəsmiləşdirilmiş kreditlərin yanında dənizdə damla kimidir. Bu şəxsin rəhbərlik etdiyi şirkətlərin adına rəsmiləşdirilmiş kreditin bank faizləri ilə birlikdə 350 milyon manatdan artıqdır. Yeri gəlmişkən, qeyd edək ki, Hacı İbrahim Nehrəmli saxlanıldıqdan sonra İlqar İbrahimov da “Bandotdel”in əməkdaşları tərəfindən saxlanılmış, onun evində axtarış aparılmış və ifadə verdikdən sonra sərbəst buraxılmışdı.

Məlumata görə, faktiki olaraq Hacı İbrahim Nehrəmlinin Beynəlxal Bankdan götürdüyü kreditlərin ümumi məbləği mayın əvvəlində 524 milyon manat təşkil edib və bu borc faizlərə görə hər ay təxminən 40 milyon manat artır. Buna görə də bu gün onun dəqiq nə qədər borcu olduğunu Beynəlxalq Bankının aidiyyatı əməkdaşlarından başqa heç kim, hətta Hacı İbrahim Nehrəmlinin özü də dəqiq bilmir. Ancaq təxmini hesablamalara görə, bir neçə ay əvvələ qədər İbrahim Nehrəmlini yalnız Beynəlxalq Banka olan kredit borcu təxminən 600 milyon manata yaxın olub.

Özünün də Beynəlxalq Banka ödəyəcəyi kreditlə yanaşı, başqa kreditlərinin olduğunu da etiraf ediyiniu nəzərə alsaq, iş adamının kredit borcunun 850 milyondan artıq olduğuna dair məlumatların həqiqəti əks etdirdiyini söyləyə bilərik.

Düzdür içki işməyindən fəxrlə danışan İ. Nehrəmli banklara 850 milyon borcu olduğu haqda gedən məlumatları qətiyyətlə təkzib edir. Hətta bir ara bəyan edirdi ki, Beynəlxalq Banka cəmi, faizlərlə birlikdə 78 milyon kredit borcu var, bunun əvəzində 150 milyonluq girov qoyub.

Lakin növbəti dəfə “Bandotdel” çıxdıqdan sonra "yaddaşı" özünə qayıdan İ.Nehrəmli  
Məsələ ondadır ki, "AzPolitika.info"nun ilk gündən FIRILDAQ LAYİHƏ adlandırdığı “Xəzər adaları” layihəsinin həyata keçməsi qeyri-mümkündür. İbrahim Nehrəmli hər nə qədər bu layihəyə gah 1 milyard, gah da 2 milyard xərclədiyini iddia etsə də, ortada heç 100 milyonluq iş yoxdur. 2011-ci ildə işə başlayarkən 2015-ci ildə 100 minlərin yaşayacağı şəhər vəd edən İ. Nehrəmli hələ də 1-2 yarımçıq binadan başqa ortaya heç nə qoya bilmir. Və utanıb-çəkinmədən bu yarmtikililərin dəyərinin milyardlar olduğunu iddia edir...  

Bu gün İ. Nehrəmli iddia edib ki, guya Beynəlxalq Bankdan gələn nümayəndə heyət onun 5 obyektini qiymətləndirib: “Həmin 5 obyektə bankın qoyduğu qiymət 1.5 milyard manat oldu. Əgər bank mənim borclarımı ödəməyimi istəyirsə gəlib həmin obyektlərimi ala bilər. İki gündən bir “Bandotdel” tərəfindən çağırılmağım doğru deyil. Mən bankı buna görə məhkəməyə verməyə hazırlaşıram”.

beynelxalq_bank_327904505Ancaq bir müddət bundan əvval yayılan məlumatda bildirilirdi ki, İbrahim Nehrəmli Beynəlxaq Banka olan borcunun müqabilində “Xəzər Adaları”nın bir hissəsi kimi banka təklif edib. Ancaq bankın mütəxəssisləri qiymətləndirmə apardıqdan onra “Xəzər Adaları” layihəsi üzərində İbrahim Nehrəmlinin mülkiyyətçiliyinin ləğv edildiyi, layihənin tam şəkildə müsadirə olunduğu bildirilir. Bununla belə layihənin dəyərinin İbrahim Nehrəmlinin banka olan borcunu ödəmədiyi üçün, ondan qalan məbləği ödəməyin tələb edildiyi də yayılan məlumatrlar sırasındadılr.

Ancaq görünən odur ki, İbrahim Nehrəmlinin nə bu pulları qaytarmaq niyyəti var, nə də imkanı. Hər halda aylarladlr işçilərinin maaşını verə bilməyən, hesablanmış vergi borcunu ödəyənməyən iş adamının 100 milyonlarla krediti qaytaracağı inandırıcı görünmür.

Onun banklardan götürdüyü bu 100 milyonları hara xərclədiyi isə maraq doğurur. Əlbətə bir hissəsini, "Xəzər adakları" adlı mifik layihəyə xərcləyib. Böyük hisəsini isə başqa istiqamətlərə...

Belə ki, onun bu pullar hesabına xaricdə biznes qurduğu, dəbdəbəli həyat sürdüyünə dair məlumatlar var. Yəni, şəxsi təyyarəyə, katibəsi üçün yüz min dollarlıq “cip”ə, minlərlə dollarlıq ətirlərə, özünə 14 min dollara ayaqqabı almağa və s. bu kimi dəbdəbələrə xərclədiyi pullar dövlət bankının pulları olub

Yada salaq ki, son aylaradək Hacı İbrahimin qarajında müxtəlif modeldən olan təxminən 10 lüks avtomobil vardı. Həmin avtomobillər arasında son model “Rolls Royce-Phantom” (1 milyon dollar), “Range Rover” (180 min), “Nissan Patrool”, “Bentley” markalı və digər modeldən olan maşınlar olduğu bildirilirdi. Təkcə sifarişlə gətirdiyi “Bentley” üçün 300 min dollar xərclədiyi iddia edilirdi.

Bundan əlavə rəhbərlik etdiyi “Avesta Concern”ndə işə götürdüyü dünyanın populyar modellərinə də İ. Nehrəmlinin böyük pullar xərcləfdiyi bildirilir. Bunların arasında “Miss Globe International 2014” gözəllik müsabiqəsində Avstraliyanı təmsil edərək qalib olan Esma Voloderin və həmin müsabiqədə “Miss Khazar Islands” seçilmiş Ukrayna təmsilçisi Anastasiya Kostiçin adları xüsusi qeyd edilir.

Bundan əlavə xaricdə ailə üzvlərinin adına dəbdəbəli mülklər aldığına, biznes qurduğuna dair iddialar var. Bu iddiaların nə qədərinin doğru olduğunu söyləyə bilməsək də, İ.Nehrəmlinin kredit borcunu ödəyə bilmədiyi, bu üzdən də "Bandotdel" "macərasının" davam etdiyi məlumdur. Bu “macəranın” hələ nə qədər davam edəcəyi isə məlum deyil...

Rasim

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar