Ukraynaya gəlmək Burcanadzeyə qadağan olundu 

Xarici KİV-in yaydığı xəbərə görə, Ukrayna xarici işlər nazirliyi (XİN) gürcüstanlı siyasətçi, «Demokratik hərəkat»ın lideri Nino Burcanadzeni persona non qrata elan edib. Buna səbəb, Moskvaya səfəri çərçivəsində Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkinlə görüşü zamanı Burcanadzenin səsləndirdiyi bəyanat olub (Rosbalt).

«Qruziya Online» portalının xəbərinə görə, Burcanadzenin Ukraynaya girişinin qadağan olunması barədə təkliflə bir neçə ictimai təşkilat Ukrayna XİN-ə müraciət ünvanlayıb. Ukrayna təhlükəsizlik xidməti (UTX) Burcanadzenin «anti-Ukrayna» bəyanatlarını araşdırıb. UTX-dən cavab alınandan sonra, Ukrayna xarici işlər nazirliyi onun ölkəyə girişinə qadağa qoyulması barədə qərar qəbul edib («Pirveli radio»).

Bundan əvvəl, Moskvaya səfəri zamanı Burcanadze bəyan etmişdi ki, «Krım hazırda Rusiyanın bir hissəsidir və bundan sonra o, heç vaxt Ukraynanın bir hissəsi olmayacaq».

«Dünya düzəni tez-tez pozulur ki, bu da bir çox dövlətlərin hərəkətlərində özünü büruzə verir və təkcə Krıma aid deyil. Faktdır ki, Krım bu gün Rusiyanın bir hissəsidir və bir də heç vaxt Ukraynanın bir hissəsi olmayacaq. Ukrayna hakimiyyəti Qərbin yaratdığı müəyyən fürsət fonunda prinsipial və radikal səhvlər buraxdı. Həmin səhvlərin nəticəsində Krımdakı məlum hadisələr baş verdi. Bu gün faktdır ki, beynəlxalq birlik ümumiyyətlə, Krımı unudub» - deyə, Burcanadze bəyan edib.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar