"Bəşər Əsədin Suriyanın gələcəyində yeri yoxdur" - ABŞ

Suriya münaqişəsinin siyasi yolla həllinə alternativ yoxdur, həmçinin Bəşər Əsədin ölkənin gələcəyində yeri yoxdur.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Mark Toner bildirib.

“Qətərin paytaxtı Dohada ABŞ, Rusiya və Səudiyyə Ərəbistanı xarici işlər idarələri başçılarının görüşü baş tutub. Qeyd edim ki, bu üçtərəfli formatda keçirilən ilk görüş olub. Tərəflər Suriyadakı vəziyyəti müzakirə edib, münaqişənin siyasi yolla həllinin vacibliyini vurğulayıblar”, deyə M.Toner bildirib.

Onun sözlərinə görə, dövlət katibi Con Kerri ABŞ-ın mövqeyini növbəti dəfə təsdiqləyib: “Bəşər Əsədin öz xalqına qarşı qəddarlığı İŞİD-in möhkəmlənməsinə xidmət edib. Bu səbəbdən onun ölkənin siyasi gələcəyində yeri yoxdur”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar