Bakıda GMO axtarışı - Video

Geni modifikasiya olunan məhsullar xeyirdən çox insana zərər gətirir. Xarici görünüşü ilə gəl-gəl desə də, ilin-günün müəyyən vaxtlarında, yəni yay meyvəsi və ya tərəvəzidirsə qışda və əksinə tapırıqsa da, ondan bir fayda görmürük.

Sağlamlığa ziyandan başqa təsiri yoxdur. Azərbaycanda istehsal prosesində geni modifikasiya olunan bitkilərdən istifadəni müəyyənləşdirmək üçün yoxlamalara başlanılıb.

ANS TV-nin məlumatına görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi genetik modifikasiya olunan bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarının qanunsuz dövriyyəsinin qarşısının alınması və istehlakçıların hüquqlarının qorunması məqsədilə bir sıra zəruri tədbirlər həyata keçirir.

Ticarət şəbəkələri, satış nöqtələri və bazarlardan 20 adda məhsuldan nümunə götürülərək laboratoriyaya təqdim edilib. Bu nümunələr - düyü, qarğıdalı, yaşıl noxud, lobya, yemiş və qarpız məhsullarıdır.

Götürülən nümunələrin sınaqları artıq başa çatıb. Sınaq nəticələrinə əsasən, adıçəkilən məhsulların tərkibində GMO aşkar edilməyib.

Digər məhsulların sınağı isə davam edir. Bu sınaqların mütəmadi keçirilməsi üçün komitə mövcüd laboratoriyaların sayını artırmağı planlaşdırır.

“Yeyinti məhsulları ilə bağlı sənədlər adiyyatı quruma təqdim olunarkən mütləq bir şəkildə tərkibində GMO-nun olmadığı ilə bağlı laboratoriya protokolu olmalıdır. Bütün bunlarla yanaşı, genetik modifikasiya olunan məhsulların sınağı laboratoriyasının həm maddi texniki bazasının gücləndirilməsi, həm də işçi heyətini sayının artırılması barədə tapşırıq verilib. Eyni zamanda, yeni avadanlıqların alınması barədə sifarişlər verilib. Yaxın zamanlarda komitə bu cür mövcüd laboratoriyaların sayını artırmağı planlaşdırır”, – deyə komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib.

Genetik modifikasiya olunan bitkiləri, kənd təsərrüfatı materiallarını və ya genetik modifikasiya olunan bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarını istehsal etmə və həmçinin istehsal olunan məhsulları xeyli miqdarda bilə-bilə idxal etmə və ya satma üçün cinayət məsuliyyəti müəyyən olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar