Bakı-Tiflis-Ərzurum qaz kəmərində PARTLAYIŞ

Partlayışın səsi 20 km uzaqlıqdan eşidilib

Bakı-Tiflis-Ərzurum təbii qaz boru xəttinin Türkiyənin Qars vilayətindən keçən hissəsində partlayış baş verib.

APA-nın xəbərinə görə, hələlik partlayışın səbəbi müəyyənləşdirilməyib. Qars valisi Günay Özdəmir hadisə ilə bağlı araşdırmaların davam etdiyini, bölgəyə mavi yanacaq nəqlinin dayandırıldığını bildirib. Onun sözlərinə görə, hadisə Sarıqamış rayonunda qeydə alınıb. Meşə sahəsində baş verən partlayışın səbəbi araşdırılır.

Yanğının meşəyə keçməsinin qarşısı alınıb. Şahidlərin bildirdiyinə görə, partlayışın səsi 20 km uzaqlıqdan eşidilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar