Bir ayda Gürcüstana 160 mindən çox azərbaycanlı gedib

Gürcüstan Daxili İşlər Nazirliyi ölkəyə iyul ayında səfər edən xarici ölkə vətəndaşları ilə bağlı statistika dərc edib. Modern.az xəbər verir ki, qurumun yaydığı məlumata görə, iyul ayında Gürcüstana 160 min 285 Azərbaycan vətəndaşı səfər edib. Bu göstərici ilə vətəndaşlarımız Gürcüstana gedən əcnəbilər arasında 2-ci yerdədir. Gürcüstana ən çox səfər edənlər Ermənistan vətəndaşları (180 min 99 nəfər) hesab olunur. İyulda 152 min 178 nəfər vətəndaşı Gürcüstana gedən Türkiyə isə 3-cüdür.

Maraqlıdır ki, Gürcüstanın gərgin münasibətlərdə olduğu Rusiya turistləri də ölkəyə aktiv şəkildə istirahətə gəlirlər. İyul ayı ərzində 140 min 390 rusiyalı 2 ölkənin sərhəddini keçib.

Ümumiyyətlə isə, iyul ayı ərzində Gürcüstana 737 min 696 nəfər əcnəbi ölkə vətəndaşı səfər edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar