İrandan 7 kiloqram həşiş, heroin və tiryək gətirən Cəlilabad sakini yaxalandı - VİDEO

Daxili İşlər Nazirliyi (DİN)Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib. APA TV-nin məlumatına görə, Baş İdarəyə Cəlilabad rayon sakini Mahir Mirzəyevdə külli miqdarda narkotik vasitə olması barədə əməliyyat məlumatı daxil olub. Araşdırma zamanı müəyyən edilib ki, Mahir Mirzəyev şəxsiyyətləri istintaqa hələlik məlum olmayan “Himayət” və “Rəhim” adlı İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək Azərbaycana qaçaqmalçılıq yolu ilə 4 kiloqram həşiş qətranı, 2 kiloqramdan artıq heroin və 1 kiloqram tiryək gətirib. Mahir Mirzəyev ümumi çəkisi 7 kiloqram olan narkotik vasitələri satmağa dair öhdəlik götürüb və bu işin müqabilində ona 3500 manat pul vəd edilib. O, müəyyən müddət saxladığı narkotik vasitələri satmaq istəyən zaman Baş İdarənin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, saxlanılan şəxs əvvəllər də narkotik vasitələrin qanunsuz alqı-satısı və dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar