PKK hücum etdi - İki şəhid

Türkiyə yenə şəhid verdi. Anspress-in İhlas xəbər agentliyinə istinadla verdiyi məlumata görə, bu dəfə Şırnakda hərbçilər terrorçuların hücumuna məruz qalıblar.

Şırnakın mərkəzindən 10 km aralıda yerləşən Araköy mövqeyində yolun təhlükəsizliyini təmin edən zirehli maşının keçidi zamanı terrorçuların yola döşədiyi mina partlayıb.

Hadisə zamanı iki əsgər şəhid olub, daha iki nəfər isə yaralanıb. Bölgəyə əlavə yardım göndərilib. Təhlükəsizlik məqsədilə yol hər iki iqtiqamətdən bağlanılıb.

Xatırladaq ki, bu ilk şəhid deyil. Belə ki, son bir ayda PKK terrorçuların hücumları nəticəsində Türkiyə Ordusu ondan çox itki verib.

Ümumiyyətlə PKK son bir ayda müntəzəm olaraq hücumlar həyata keçirir. Ancaq ötən gecə 5 basqın olub.

Bingöldə yola döşənən min əsgərlərin keçidi zamanı partladılıb. Diyarbakırın Silvan rayonunda isə inşaası davam edən su aanbarına raket atılıb. Daha bir hücum isə Diyarbakırın Kulp polis idarəsinə edilib.

Bundan başqa polis binasına atılan iki raketdən sonra silahlı insident baş verib. Qaçan terrorçuların yaxalanması üçün əməliyyat başlayıb.

Nusaybin-Midyat yolunda terrorçular bir tanker ilə bir TIR-a alov vuraraq qaçıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar