Rusiyanın sabiq baş nazirinin qızı Ukrayna vətəndaşı oldu

Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyanın sabiq baş naziri Yeqor Qaydarın qızı Mariyaya Ukrayna vətəndaşlığını verilməsinə dair sərəncam imzalayıb.

Bu barədə azvision.az Ukrayna KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən, Ukrayna pasportunu Mariya Qaydara ölkə prezidenti Pyotr Poroşenko şəxsən təqdim edib. Mariya Qaydar hazırda Ukraynanın Odessa vilayətinin rəhbəri Mixail Saakaşvilinin müavinidir.

Qeyd edək ki, Mariyanın atası Yeqor Qaydar 1992-ci il 16 iyun – 1993-cü il 13 dekabr tarixlərində Rusiya hökumətinə rəhbərlik edib.

Poroşenkonun sərəncamı ilə `Forbes – Ukrayna`nın sabiq redaktoru, Ukraynalı jurnalist Vladimir Fedorinə də Ukrayna vətəndaşlığı verilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar