Bu gün axşam Ukrayna müxalifətinin nəhəng aksiyası keçiriləcək

Ukrayna müxalifəti əhalini bu gün yerli vaxtla saat 18.00-da Kiyevin Müstəqillik Meydanına – xalq yığıncağına (narodnoye veçe) toplaşmağa çağırıb.

APA-nın xəbərinə görə, “Svoboda” Partiyasının lideri Oleq Tyaqnibok partiyasının “Twitter” ünvandan xalqa çağırış edib: “Saat 18.00-da hamı meydana! Veçedən sonra mərkəzi küçələrlə yürüş olacaq və başqa addımlar atılacaq. 100 faizlik ümummilli səfərbərlik! Hər kəs Kiyevə! Bu gün dövlətin taleyi qəti olaraq həll olunur!”

Ukraynada 2 mitinqçinin öldürülməsi ölkədə vəziyyəti daha da gərginləşdirib. Üç müxalif qüvvə - “Batkivşina”, “UDAR” və “Svoboda” birgə bəyanatla çıxış edərək ölümlərə görə məsuliyyəti prezidentin üzərinə qoyublar: “Cəza orqanları hər cür həddi keçib. Ölənlərdən birinin başında və boynunda 4 güllə yarasının olması özünümüdafiə deyil, dinc vətəndaşların şüurlu surətdə güllələnməsidir. Diktaturanın vətəndaşlara qarşı bu terror aktına görə bilavasitə daxili işlər naziri, əliqanlı qatil Zaxarçenko məsuliyyət daşıyır. Hazırda ölkədə baş verənlər, hər vətəndaşın həyatı və təhlükəsizliyi və etirazçıların ölümü prezident Viktor Yanukoviçin şəxsi məsuliyyətidir. Yalnız xalqın tələblərinin dərhal və qeyd-şərtsiz yerinə yetirilməsi ölkədə vəziyyəti dinc məcraya qaytara bilər”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar