"Qarabağ" - "Seltik" matçına nə qədər bilet satılıb?

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Qarabağ" - "Seltik" matçına maraq böyükdür.

"Qarabağ"ın mətbuat xidmətindən Qol.Az-a bildirilib ki, bu gün saat 13.00-a məlumata görə, artıq 27 min bilet satılıb. Digər üç min biletin bu gün tam satılacağı gözlənilir.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Seltik" matçı saat 21:30-da başlayacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar