Sahibi oğurlanmış atı geri istədi, oğru polis çağırdı - VİDEO

Goranboyda mal-qara oğurlayan, 51 yaşlı Namiq Rəhimov və 22 yaşlı Muğan Qasımov saxlanılıb. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, Goranboy rayonunun Veyisli kənd sakinləri Ədil Məmmədov, İsmayıl Şamilov və Sultan Şamilov rayon Polis Şöbəsinə müraciət edərək mal- qaralarının oğurlandığını bildiriblər.

Oğurluğun üstü isə oğurluq edənlərdən biri, Muğan Qasımovun təcrübəsizliyi üzündən açılıb. Belə ki, o, Veyisli kəndi ərazisindən oğurladığı atı Bərdədəki heyvan bazarında satışa çıxarıb. Atın sahibi isə bunu təsadüfən görüb. Onunla Muğan Qasımov arasında əlbəyaxa dava olub, Muğan canını qurtarmaq üçün əraziyə polis çağırıb. Beləliklə, Muğan Qasımov polisə ifadəsində atı oğurladığını da boynuna alıb, üstəlik, Namiq Abdullayevlə birlikdə törətdiyi mal-qara oğurluğunu da etiraf edib.

Goranboy rayonunun Yeni Veyisli qəsəbə sakini Muğan Tofiq oğlu Qasımov və əvvəllər müxtəlif maddələrlə məhkumluğu olan Namiq Rəhim oğlu Abdullayev Tərtər rayon Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasında tanış olublar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar