Arif və Leyla Yunusun məhkəməsi yenə qapalı keçirilib

Hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsindəki proses bu gün də yarıqapalı vəziyyətdə davam etdirilib. Bir neçə səfirdən başqa məhkəmənin izləməyə gələn tanınmış ictimaiyyət nümayəndələri, jurnalistlər, beynəlxalq təşkilatların nümayəndələri zala buraxılmayıb. Kənarda qalanlar arasında Milli Şura sədri Cəmil Həsənli də var. Əsas qapıdan içəri heç ki buraxılmasa da, arxa qapıdan hakimiyyətə yaxın mətbuatın nümayəndələri içəri keçib.

Məhkəmədə ifadə verib çıxan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib ki, Leyla Yunus vəkillərindən Məhkəmə Hüquq Şurasına müraciət etmələrini istəyib. O dünən onlara qarşı qanunsuzluğun olduğğunu deyib. Belə ki, Arif Yunusun vəziyyətinin pisləşməsinə baxmayaraq proses davam etdirilib.

Məhkəmə binası qarşısında təcili yardım maşını gözləyir.

Bu günki prosesdə Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı, jurnalist Rauf Mirqədirov, Unibank və Acessbank-ın nümayəndələri, "Zerkalo" qəzetinin Əkbər adlı əməkdaşı, həmçinin Gürcüstandan olan jurnalist ifadə verib. Həmçinin hazırda ölkədə olmayan Mətanət Əzizovanın ifadəsi oxunub.

M.Qəhrəmanlı Rauf Mirqədirovun ifadəsini eşitməsə də, onun vəziyyətinin ürəkaçan olmadığını, xeyli arıqladığını bildirib.

Bu gün məhkəmə istintaqı başa çatdı. Proses sabah saat 10.00-da davam etdiriləcək. Sabahkı prosesdə sənədlərin tədqiqatına başlanılacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar