Azərbaycan tankçıları ermənilərlə yarışacaqlar

“Bizim və Rusiyanın tankları prinspicə eynidirlər”.

Azərbaycan hərbçiləri “Tank biatlonu” üçün özlərinin trasını hazırlayıblar və gələn ilin hərbi beynəlxalq oyunlarda yarışlarda iştirak etmək niyyətindədirlər.

Oxu.az “İntefaks”a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi hazırlıq İdarəsinin baş zabiti, polkovnik Sakit Verdiyev məlumat verib.

“Bu il biz “Tank biatlonu”nda müşahidəçi kimi iştirak edirik, lakin gələn ilə mütləq hazırlaşıb iştirak edəcəyik. Bütün elementləri öyrənirik, artıq Alabinodakı poliqondakı trasa bənzər tras yaratmışıq” – o deyib.

S.Verdiyevin sözlərinə görə, bu il “Tank biatlonu” üzrə Azərbaycan komandasının lazımı hazırlıq üçün vaxtı çatmayıb. Buna görə də iştirak gələn ilə keçirilib.

“Bizim və Rusiyanın tankları prinspicə eynidirlər. Bu ilin qalan vaxtını və gələn ili biz gücləndirilmiş hərbi hazırlığa həsr edəcəyik. “Tank biatlonu”ndan təəssüratlar olduqca yaxşıdır”, - zabit qeyd edib.

Qeyd edək ki, hər il Rusiyada keçirilən “Tank biatlonu” yarışlarında Ermənistan tankçıları da iştirak edirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar