TANAP-ın tikintisi üçün borular Hopa limanına gətirilib - FOTO

TANAP-ın çəkilişi üçün boruların ilk hissəsi Hopa limanına gətirilib.

“APA-Economics”in “Haberler.com” saytına istinadən verdiyi məlumata görə, TANAP layihəsi çərçivəsində Türkiyənin Posof rayonunun Türkgözü kəndindən Ərzurumun Aşkale rayonuna qədər olan 375 kilometrlik xəttinin tikintisi üçün ilkin mərhələ olaraq 180 ədəd boru gəmi ilə Hopa limanına gətirilib.

Borular Hopa limanından tikinti sahəsinə daşınacaq. Bundan başqa, boruların qarşıdakı günlərdə də Hopa limanına gətirilməsi davam etdiriləcək.

Qeyd edək ki, TANAP Türkiyənin Gürcüstan sərhədindəki Ərdahan şəhərinin Posof rayonundakı, Türkgözü kəndindən başlayaraq 21 şəhərdən keçməklə Türkiyənin Yunanıstan sərhədi yaxınlığında yerləşən Ədirnənin İpsala rayonunda başa çatacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar