Bakıda yeni polis bölməsi yaradılıb

Bölməyə hələ ki, rəis təyin edilməyib

Bakıda yeni polis bölməsi yaradılıb. Lent.az-ın məlumatına görə, yeni fəaliyyətə başlayan 41-ci Polis Bölməsi Səbail rayon Polis İdarəsinin tərkibində yaradılıb. Yeni bölmənin xidməti ərazisi kimi Badamdar qəsəbəsi müəyyən edilib.

Badamdar qəsəbəsi daha əvvəl 8-ci Polis Bölməsinin ərazisi olub.

Qeyd edək ki, yeni yaradılmış bölməyə hələlik rəis təyin edilməyib. Rəis vəzifəsini rəisin müavini, polis polkovnik-leytenantı Kəmaləddin Həmidov icra edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar