Avropa İttifaqı Liviyaya 6 milyon avro yardım ayırdı

1pulXarici KİV-in məlumatına görə, Avropa İttifaqı (Aİ) Liviya üçün 6 milyon dollar humanitar yardım ayırıb. Bu barədə Avrokomissiya məlumat verib: «Vəsait əhalinin daha həssas qrupları üçün odeyalların, xörək hazırlamaq üçün mətbəx dəstlərinin və dava-darmanın alınmasına yönəldiləcək» (TASS).

Liviya artıq dörd ilə yaxındır ki, praktiki olaraq fasiləsiz vətəndaş müharibəsi şəraitində yaşayır. Proses öz başlanğıcını Benqazidə ölkə lideri Müəmmər Qəddafiyə qarşı başlanan üsyandan götürüb. O zaman NATO üsyançılara havadan dəstək verdi - alyans 2011-ci ilin oktyabrından başlayaraq Liviyanın hökumət qüvvələrinə aviasiya zərbələri endirməyə başladı. Zərbələr, Qəddafinin üsyançılar tərəfindən öldürülməsindən sonra dayandırıldı. Bundan sonra ölkə daxilində müxtəlif qruplaşmaların hakimiyyət uğrunda silahlı mübarizəsi alovlandı.

Bu gün Liviya ərazilərində effektiv dövlət nəzarəti itirilib və ölkə daxilində 5 böyük qruplaşma arasında silahlı qarşıdurma yaşanmaqdadır.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar