Vatikan dünyanı «Rusiya ilə birlikdə addımlamağa» çağırır

Xarici KİV-in məlumatına görə, Turində nəşr olunan «Stampa» qəzetində bu gün dərc olunmuş məqalədə Vatikanın xarici işlər naziri və Müqəddəs Səltənətin dövlətlərlə münasibətlər üzrə katibi arxiyepiskop Pol Riçard Hallaxer əmin olduğunu bildirib ki, Rusiya Aralıq dənizi bölgəsində vəziyyətin sabitləşdirilməsinə köməklik göstərməyə qadirdir (TASS).

«Məlum olduğu kimi, cari ilin iyun ayında Vatikana rəsmi səfəri zamanı Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Fransisklə söhbəti olub. Söhbət əsasən, Ukraynada yaşanan münaqişə və Yaxın Şərqdəki mövcud situasiya ətrafında gedib. Papa Ukraynada sülhə nail olmaq və Yaxın Şərq probleminin həlli üçün böyük səylərin və bu prosesə dünya birliyinin cəlb olunmasının vacibliyini qeyd edib» - deyə, Hallaxer xatırladıb.

«Dünya siyasətində Rusiyanın vacib rol oynadığı danılmazdır və mən hesab edirəm ki, biz, bugünkü dünyanı yaxşılaşdırmaq səyləri göstərərkən, birlikdə addımlamağa borcluyuq, nəinki ayı-ayrılıqda. Rusiya Aralıq dənizi bölgəsində sabitliyin yaradılmasına kömək göstərə bilər, necə ki, bu yaxınlarda İranın nüvə proqramı üzrə məlum sazişin əldə olunmasına köməklik göstərdi» - deyə, Vatikan diplomatı əlavə edib.

AzPolitika.info

.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar