Taleh Xasməmmədovun anasına cinayət işi açılıdı

Gülbuta Xasməmmədov: "Prezidentə, Mehriban xanimdan ailəmizə qarşı bu özbaşınalığı dayandırmağı xahiş edirəm"

Həbsdə olan hüquq müdafiəçisi Taleh Xasməmmədovun anası bildirib ki, Göyçay Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının özbaşınalığından şikayət etdiyinə görə ona qarşı cinayət işi açılıb.

Gülbuta Xasməmmədovanın "Turan"a verdiyi məlumata görə, iyulun 22-də Göyçay Rayon Məhkəməsində prokuror onun oğlunun 4 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Öz növbəsində ana bu iş üzrə zərərçəkmiş kimi keçən polisləri böhtanda ittiham edib.

O, polis rəisinin müavini Faiq İlyasovu oğlunun həbsinin təşəbbüskarı olmaqda ittiham edib. Bu zaman polis serjantı Vahid Həşimov qadına hücum edib və onu təhqir etməyə başlayıb.

Digər polis - İslam İslamov qadının əlindən tutub və kənara çəkib, bu zaman onun əlini yaralayıb və ona qarşı təhqiramiz jestə yol verib.

Bunları müşahidə edən polis rəisinin müavini tabeliyindəki insanlara raport yazmağı və “bütün Xasməmmədovları həbs etməyi” əmr edib.

Bundan sonra qadın DİN-ə şikayət edib. İki gün əvvəl yerli polis bölməsinin müstəntiqi Xasməmmədovadan onun şikayəti ilə bağlı ifadə alıb və eyni zamanda bildirib ki, ona qarşı güc tətbiq etməklə polisə müqavimət göstərmək ittihamı ilə araşdırma başlayıb.

“Başa düşmürəm, niyə bizə qarşı belə qanunsuzluq və ədalətsizlik edirlər. Mətbuat vasitəsilə prezident İlham Əliyevə və onun həyat yoldaşı Mehriban Əliyevaya müraciət edirəm. Poezident deyirdi ki, vətəndaşlar qanunsuzluq və hüquqlarının pozulması ilə bağlı ona müraciət etsinlər. Mən də ona müraciət edirəm və ailəmizə qarşı bu özbaşınalığı dayandırmağı xahiş edirəm” - deyə Xasməmmədova bildirib.

Taleh Xasməmmədov fevral ayında xuliqanlıq ittihamı ilə həbs edilib, sonradan 3 il müddətinə azadlıqdan məhrum olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar