Rusiya İŞİD-ə qarşı koalisiya yaradır?

rusiya12Xarici KİV-in yaydığı xəbərə görə, Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında kçirilən görüş zamanı Rusiya diplomatiya idarəsinin başçısı Prezident Vladimir Putinin İŞİD-lə mübarizə istiqamətindənki planlarından söhbət açıb . Rusiya tərəfi Suriyanın, İraqın, bölgənin digər dövlətlərinin hərbçilərinin və kürdlərin iştirak edəcəyi geniş koalisiya yaratmağı təklif edib (Rosbalt).

Xatırladaq ki, bundan əvvəl məlum olduğu kimi ABŞ, Suriyaya yönəlik yeni strategiya qəbul edib. Həmin plana görə, ixtiyari «mötədil müxalifət» təhlükəsi Vaşinqtonun prosesə silahlı müdaxiləsi üçün səbəb ola bilər.

Kerrinin sözlərinə görə, hələ ötən il İraqda və Suriyada «İD»-ə qarşı koalisiyanın yaradıldığı elan olunan zaman İraq hökumətinin razılığı alınarkən, amma fəaliyyət planı Damassk ilə razılaşdırılmadığından, Rusiya tərəfi ABŞ-ın yanaşmasının qeyri-legitim və kontrproduktiv olduğunu qeyd etmişdi.

Redaksiyadan: İraqın şimalında Türkiyə silahlı qüvvələrinin PKK terrorçu qruplarına qarşı əməliyyatlar keçirdiyi bir zamanda, Rusiyanın bölgədə yeni «geniş koalisiya» yaratmaq ideyası və koalisiyaya bölgə dövlətlərin hərbçiləri ilə yanaşı kürd silahlılarının (deməli, həm də PKK üzvlərinin) da cəlb olunması barədəki çağırışları mahiyyət etibarilə «İD»-dən çox, Türkiyəyə qarşı yönəlmiş məkrli plandır. Bununla, Rusiya yenə bölgədə «bulanlıq suda balıq tutmaq» istəyir.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar