“Müxalifətin qalib gəlmək şansı yoxdur” - Prezident

Belarus prezidenti Aleksandr Lukaşenko oktyabrın 11-də keçiriləcək prezident seçkilərində müxalifətin qələbə üçün heç bir şansı olmadığını bəyan edib.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, o, bu bəyanatla Belarusun qeyri-dövlət KİV-nə müsahibəsində çıxış edib: “Onlar xalqdan çox uzaqdadırlar. Siz də öz qələbənizə inanmırsınız, hər yerdə yazırsınız ki, Lukaşenko qalib gələcək. Hətta mənim əleyhimə mübarizə aparan da düşünür: “Onsuz da Lukaşenko qalib gələcək”.

Lukaşenkonun sözlərinə görə, bu seçkilərdə 1994-cü ildəi kimi qalib gələcəyinə özü də inanmır. Prezident bunun səbəbini həm daxili, həm də xarici situasiyanın fərqli olması ilə izah edib.

O, azad və şəffaf seçki keçiriləcəyinə də vəd verib: “Mən deyirəm ki, dəyməyin, harada istəyirlərsə, imza toplasınlar. Əgər siz qələbənizə əminsinizsə, onda niyə görə problem yaratmalısan? Onlar hətta haradasa qanunları pozurlarsa, mən bərabər şərait yaradılması şərtini qoyuram”.

Lukaşenko əlavə edib ki, jurnalistlərin məntəqələrdə səsvermənin gedişini izləmək və səslərin sayılmasında iştirakın şərait yaradılacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar