Ötən ay 155 partlamamış hərbi sursat zərərsizləşdirilib

minaBu ilin iyul ayı ərzində 4 733 250 kvadrat metr ərazi yoxlanılaraq mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA-nın) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 155 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 485 nəfər minaaxtaran mütəxəssis və 115 nəfər yardımçı heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edib.

İndiyədək cəmi 296 137 250 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 713 032-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Gəncə, Ağdam, Xocavənd, Lənkəran, Ağstafa, Füzuli, Goranboy, Tovuz, Qaradağ, Abşeron və Tərtər rayonlarında davam etdirilir.

2015-ci ilin İyul ayı ərzində bir mina/PHS hadisəsi qeydə alınıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar