Dövlət Komitəsi boşanmaların artmasından danışdı

Azərbaycanda biruşaqlı gənc ailələrdə boşanma hallarının artmasında əsas mühüm rolu “təsadüfilik” amili oynayır.

Bunu "Trend"ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.

Onun sözlərinə görə, Azərbaycanda bəzi ailələr “təsadüfilik” prinsipi ilə qurulur. Belə ailələr isə sonradan həm dövlət, həm də cəmiyyət üçün müəyyən problemlər yaradırlar.

S.Qəhrəmanova bildirib ki, belə halların baş verməməsi üçün ailə qurmaq istəyən tərəflər düşünülmüş addım atmalı, hər kəs öz səviyyəsinə, xasiyyətinə uyğun qadınla, yaxud kişi ilə ailə qurmalıdır: “Ailə quracaq xanım da fikirləşməlidir ki, elə ərə getmək xatirinə ərə getmək olmaz. Çünki burada maraqlar toqquşmalı, xasiyyətlər uyğun gəlməlidir. Hər şeyi fikirləşmək lazımdır. Çünki özünə ömür-gün yoldaşı seçirsən”.

S.Qəhrəmanova Azərbaycanda ailələrin dağılmasında valideynlərin də rolunun olduğunu deyib.

Komitə rəsmisinin sözlərinə görə, belə problemlərin nəticəsidir ki, yeni qurulan bəzi ailələr bir il, il yarım yaşayır: “Bu da o deməkdir ki, hər bir ailənin möhkəm təməli olmalıdır. Ailə sevgi üzərində, düşünülmüş şəkildə qurulmalıdır. Belə yanaşmaların olmaması məsuliyyətsizlikdir”.

Xatırladaq ki, Azərbaycanda 1 uşağı olan ailələrdə boşanma hallarının sayı son 24 ildə ən yüksək həddə çatıb. Dövlət Statistika Komitəsindən bir müddət əvvəl Trend-ə verilən məlumata görə, bir uşağı olan ailələrdə ən çox boşanma halı 1990-cı ildə qeydə alınıb. Həmin il Azərbaycanda bir uşağı olan 2045 ailə boşanıb. Sonrakı illərdə bu göstərici azalmağa doğru dəyişsə də, 2011-ci ildən sonra bu say getdikcə artıma doğru dəyişib. Ötən il isə 1 uşağı olan ailələrdə boşanmaların sayı 1990-cı ildən də yüksək səviyyəyə çatıb. Belə ki, 2013-cü ildə Azərbaycanda bir uşağı olan 1921 ailə boşandığı halda, 2014-cü ildə bu rəqəm 2798-ə çatıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar