Lukaşenkodan daha bir antiRusiya bəyanatı

Aleksandr_Lukashenko_101109_41Rusiyanın Belarusdakı səfiri Aleksandr Surikov Lukaşenkoya “rus dünyası”nın nə olduğunu izah edə bilməyib. Bunu avqustun 4-də “Azadlıq radiosu” və “Evroradio”ya müsahibəsində Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

Lukaşenkonun sözlərinə görə, “rus dünyası” ideyası təbliğatda istifadə edilən axmaqlıqdır. O həmçinin qeyd edib ki, səfir Surikov da bu terminin mənasını bilmir.

“Çoxlarının rus dünyası tərəfdarı olması ilə bağlı deyilənlər yalandır. Səfirdən soruşdum ki, “rus torpaqlarının toplanması və Rus dünyası nə deməkdir? Bunu mənə heç kim izah edə bilmədi”, - deyə Lukaşenko bildirib.

Belarus prezidentinin sözlərinə görə, ölkəsi heç vaxt Rusiya ilə müharibə aparmayacaq. Bu, Rusiya üçün fəlakət olar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar