DÜNYA BANKI BÖHRANIN SİQNALINI VERDİ - 2017-ci ilə qədər Azərbaycanda vəziyyət ağır olacaq

Dünya Bankı 2016-2020-ci illərdə Azərbaycanla tərəfdaşlıq üzrə çərçivə sənədini (CPF) dərc edib. Sənəd bu il iyulun 21-də Direktorlar Şurası tərəfindən təsdiq edilib. “Turan” bildirir ki, 118 səhifəlik hesabata görə, real ÜDM-in artımı 2015-ci ildə 1,5%, 2016-cı ildə 2,6%, 2017-ci ildə 2,7% təşkil edəcək.

Neft ÜDM-i 2015-ci ildə 1,5%, 2016-cı ildə 1,0%, 2017-ci ildə 1,0% səviyyəsində proqnozlaşdırılır.

Qeyri-neft ÜDM ardıcıl olaraq illik 9% səviyyəsində artımdan sonra 2015-ci ildə 3,6%-ə qədər azalacaq, 2016-cı ildə 3,8% və 2017-ci ildə 3,9% təşkil edəcək.

Adambaşına düşən ÜDM 2014-cü ildəki 7,938 dollardan 2015-ci ildə 5,447 dollara qədər azalacaq, sonradan 2016-cı ildə 5,778, 2017-ci ildə 6,094 dollara qədər artacaq.

İnflyasiya 2015-ci ildə ikirəqəmli – 10% olacaq, 2016-cı ildə 4,6%, 2017-ci ildə 3,5% təşkil edəcək.

İlk üç ildə büdcənin ümumi saldosu mənfi olacaq: 2015-ci ildə 5,1 mlrd. manat, 2016-cı ildə 2,9 mlrd. manat, 2017-ci ildə 1,2 mlrd. manat.

Mal və xidmət ixracı 2014-cü ildəki 47.1 mlrd. manatdan 2015-ci ildə 43,7 mlrd. manata, 2016-cı ildə 42,6 və 2017-ci ildə 42,0 manata qədər azalacaq.

Mal və xidmət idxalı 2014-cü ildəki 26,8 mlrd. manatdan 2015-ci ildə 34,2 mlrd. manata qədər artacaq, daha sonra 2016-cı ildə 30,7 mlrd. manat, 2017-ci ildə isə 28,7 mlrd. manat təşkil edəcək.

Ümumilikdə dövlət sektorunun borcu 2014-cü ildəkindən 100 mln. manat artaraq, 2015-ci ildə 14,5 mlrd. manat, 2016-cı ildə 14,6 mlrd. manat və 2017-ci ildə 14.6 mlrd. manat təşkil edəcək.

Nominal ÜDM 2014-cü ildəki 58,9 mlrd. manatdan 2015-ci ildə 52,6 mlrd. manata qədər azalacaq, daha sonra 2016-cı ildə 56,5 mlrd. manat və 2017-ci ildə 60,4 mlrd. manat təşkil edəcək.

Neft sektorunun aktivləri 2014-cü ildəki 37,104 mlrd. dollardan 2015-ci ildə 34,813 mlrd. dollara, 2016-cı ildə 33,595 mlrd. dollara və 2017-ci ildə 33,172 mlrd. dollara qədər azalacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar