"KREDİT İŞİ"nə GÖRƏ 20 NƏFƏR "BANDOTDEL"də -100 milyonları girovsuz verən niyə həbs edilmir?

1cahHazırda Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində Azərbaycan Beynəlxalq Bankına (ABB) kreditlərini ödəyə bilməyən 20-yə yaxın insan ola bilər.Bu barədə Turan agentliyinə təhqiqatın gedişatına yaxın olan məlumatlı mənbə sahibkar İbrahim İbrahimovun (Hacı İbrahim) təkrarən saxlanması haqqında məlumatı şərh edərkən bildirib.

Mənbənin sözlərinə görə, saxlanılan şəxslərin 50 mln. dollardan 340 mln. dollara qədər öhdəliyi var. Maraqlıdır ki, ABB işçilərindən Dubay nümayəndəliyinin keçmiş rəhbəri Adil Hüseynovdan başqa heç kim saxlanılmayıb.

Qeyd etmək lazımdır ki, istənilən bank kreditləri müvafiq girov müqabilində verir. Amma heç kim yuxarıda adı çəkilən kreditlər üçün nəyin girov qoyulduğunu deyə bilmir və əgər girob qoyulubsa, niyə onu satışa çıxarmırlar?

Baş verənlər göstərir ki, Beynəlxalq Bankdan qaydalar və normalar pozulmaqla böyük kreditlər verilib. . Bunu isə bankın rəhbərliyinin icazəsi olmadan həyata keçirmək mümkün deyil. Belə olan halda Cahangir Hacıyevin həbsdən kənarda qalması maraq dourmaya bilməz...

Məlumdur ki, iyulun 15-də dövlət başçısı Azərbaycan Beynəlxalq Bankındakı (ABB) dövlətin payının özəlləşdirilməsinə hazırlıq haqqında Fərman imzalayıb.Turan agentliyinin məlumatına görə, Maliyyə Nazirliyinə 15 gün ərzində problemli kreditləri bankdan ıxarmaq və “Aqrarkredit” QSC qeyri-bank kredit təşkilatının balansına vermək tapşırılıb. Sonradan bu kredit təşkilatı dövlət zəmanəti ilə uzunmüddətli istiqrazlar buraxacaq.

Həmçinin dövlət büdcəsində dövlət borcunun limiti hesabına ABB-nin problemli aktivləri üzrə öhdəlikləri yenidən təşkil etmək nəzərdə tutulur.

6 aydan gec olmayaraq ABB-də 50,2%-lik dövlət payının satışı üzrə tədbirlər planı hazır olmalıdır.

Hələ 2009-cu ildə Fitch reytinq agentliyi ABB-nin bütün kreditlərinin təxminən üçdə birini problemli kreditlər kateqoriyasına aid edib. Bu günə bankda problemli kreditlərin həcmi 27,8% təşkil edir. Onların 18,6%-nin müddəti keçib və 9,2%-i yenidən təşkil edilib.

Lakin hakimiyyət müddəti keçmiş və problemli kreditlərin siyahısını açıqlamır. Qeyri-rəsmi məlumatlara görə, ABB-də ən böyük kreditləri İbrahim İbrahimov – “Xəzər adaları”nın tikintisi üçün və Nizami Piriyev – Metanol Zavodunun tikintisi üçün – alıb. Piriyev yüz milyonlarla dollar dəyəri olan zavodu tiksə də, İbrahimov hələ də heç nə tikməyib. Qeyri-rəsmi məlumatlara görə, hər iki halda söhbət yüz milyonlarla dollar kreditdən gedir.

Rasim

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar