PKK minaatanlarla hücum etdi, bir hərbçi öldü

PKK terrorçuları Türkiyənin Şırnak bölgəsinin Silopi şəhərində yerləşən 172-ci tank briqadasının komandanlığının postunu atəşə tutublar.

APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi xəbərə görə, hücum zamanı iki hərbçi yaralanıb. Yaralılar xəstəxanaya helikopter vasitəsilə çatdırılsalar da, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, PKK terrorçuları hücum zamanı minaatanlardan istifadə ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar